Azərbaycan parataekvondoçusu Röyalə Fətəliyeva Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
52 kq çəki dərəcəsində çıxış edən idmançıya Dünya Taekvondo Federasiyası tərəfindən lisenziya verilib.
Qeyd edək ki, Paris Yay Paralimpiya Oyunları avqustun 28-də start götürəcək.
Samir Şərifov: Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalına start verilib