Braziliyanın qadınlardan ibarət voleybol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.
“İki sahil” xəbər verir ki, 1/4 finalda Dominikan Respublikası ilə qarşılaşan “sambaçılar” rahat qələbə qazanıblar – 3:0.
Braziliya seçməsi yarımfinalda ABŞ – Polşa cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Türkiyə seçməsi Çin komandasını məğlub edərək 1/2 finala vəsiqə qazanıb.
Samir Şərifov: Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalına start verilib