İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirir.
"İki sahil" bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, Neapol təmsilçisi Portuqaliyanın "Benfika" komandasından David Neresi transfer edir. Artıq tərəflər 27 yaşlı vingerin keçidi lə bağlı razılığa gəliblər.
İtalyanlar braziliyalı oyunçu üçün 28 milyon avro ödəyəcək. "Napoli"nin onun transferini bu gün rəsmən açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Neres 2022-ci ildən "Benfika"nın formasını geyinir. Futbolçu 2023/2024 mövsümündə 35 matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir