“Qarabağ”ın futbolçusu Julio Romao Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"su ilə cavab oyununu buraxacaq.
“İki sahil” xəbər verir ki, buna səbəb onun ötən gecə Zaqrebdəki ilk matçda sarı vərəqə ilə cəzalandırılmasıdır.
26 yaşlı yarımmüdafiəçi cari mövsümdə avrokuboklarda 3-cü sarı vərəqəsini alıb. Nəticədə o, limiti aşıb. Buna görə də Romao “Dinamo” ilə avqustun 28-də Bakıda keçiriləcək cavab görüşündə meydanda olmayacaq.
Qeyd edək ki, ötən gecə "Dinamo" "Qarabağ"a 3:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir