İtaliyanın "Napoli" kollektivi Portuqalya klubu "Benfika"nın hücumçusu David Neresi transfer etdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu keçid A Seriyası təmsilçisinə 28 milyon avroya başa gəlib.
Braziliyalı futbolçu yeni komandası ilə 4 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Neres lissabonluların heyətində 35 oyuna çıxıb, 5 qol vurub.
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir