Portuqaliyanın "Porto" klubunun hücumçusu Fransisko Konseysao İtaliya təmsilçisi "Yuventus"a keçəcək.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, turinlilər Portuqaliya yığmasının 21 yaşlı üzvünü 7 milyon avro qarşılığında icarəyə götürəcək.
Bununla yanaşı İtaliya klubu əlavə 3 milyon avro bonus ödəyəcək. Ancaq müqavilədə satın alma variantı nəzərdə tutulmayıb.
Qeyd edək ki, F.Konseysao “Porto” komandasının heyətində keçirdiyi 93 oyun ərzində 11 qol vurub, 13 məhsuldar ötürmə edib.
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir