“Sevilya” növbəti transferini açıqlayıb.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniya klubu “Brayton”dan (İngiltərə) Valentin Barkonu icarəyə götürüb.
20 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Sevilya”da oynayacaq.
Qeyd edək ki, Argentina millisinin də üzvü olan Barko bu ilin yanvarında “Boka Xuniors”dan “Brayton”a keçib.
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir