Portuqaliya millisinin və İtaliyanın "Milan" klubunun futbolçusu Rafael Leau karyerasını İspaniyada davam etdirə bilər.
"İki sahil" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun transfer dönəminin son günlərində "Barselona"ya keçmək ehtimalı var.
Kataloniya təmsilçisi portuqaliyalı oyunçunun keçidi ilə bağlı hələlik "Milan"la razılaşa bilmir.
Qeyd edək ki, 2019-cu ildən A Seriyası klubunda çıxış edən Leau 211 oyunda 58 qol və 50 məhsuldar ötürmə ilə yadda qalıb.
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir