İspaniyanın "Real" klubu qapıçısı Andrey Lunini satmayacaq.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti bildirib.
O, 25 yaşlı ukraynalı qapıçının Madrid təmsilçisini tərk etməyəcəyini söyləyib. "Real"ın əsas qapıçısı
Tibo Kurtua zədəsini sağaldıb komandaya qayıtdıqdan sonra ukraynalı qolkiper daha çox ehtiyat oyunçular skamyasında yer alır. A.Luninin "Real"la müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir