10 sentyabr 2024 23:42
986

Xəyanətkar Vidadi İsgəndərli həzrə-hədyanları ilə bütün “qırmızı cizgiləri” aşır

Son dövrlər “siyasi mühacir” adı ilə ayrı-ayrı Qərb ölkələrində məskunlaşan, ermənipərəst dairələrin qrantları ilə yallanan, sosial şəbəkələrdə Azərbaycan əleyhinə qara piar kampaniyası aparan xəyanətkar dəstənin fəallaşması diqqətdən qaçmır. Aparılan ətraflı və detallı təhlillər bir daha göstərir ki, müxtəlif xarici ölkələrin təhlükəsizlik orqanları bu xəyanətkarlardan təsir agentləri kimi istifadə edirlər. Ən acınacaqlısı odur ki, anti-Azərbaycan dairələr, erməni lobbisinə yaxınlığı ilə tanınan, çirkli pullarla bəslənilən məkrli “fondlar” “sapı özümüzdən olan” bu baltalarla dövlətimizi, dövlətçiliyimizi baltalayırlar.

Həm radikal müxalifət, həm də “siyasi mühacir” sürüsünün ən fəal ünsürlərindən biri, psixi problemləri ilə “məşhuri-cahan” olan Vidadi İsgəndərli, eləcə də xarici qrant fondlarının daimi müştərisi Tural Sadıqlı, Qənimət Zahid, Sevinc Osmanqızı və digərləri 1 sentyabr növbədənkənar parlament seçkilərindən sonra daha da azğınlaşıblar. Şübhəsiz, bu melanxoliklərin, şizofreniklərin, şərəfsizlər sürüsünün əməllərindən, sosial şəbəkələrdə, internet TV-lərdə çıxışlarının hər cümləsindən, onların ritorikasından Azərbaycan əleyhdarı olan dairələrin sifarişlərinin, təlimatlarının və çirkli pullarının iyi gəlir. Bu xəyanətkarlar parlament seçkiləri ərəfəsində olduğu kimi, bu siyasi kampaniya başa çatdıqdan sonra da ermənipərəst dairələrin beş-üç qəpik puluna şirniklənərək, onların qarşısında quyruq bulayaraq antimilli fəaliyyətlərini böyük canfəşanlıqla davam etdirirlər.

V.İsgəndərli kimi üzdəniraqlar ermənipərəst dairələrdən maliyyələşən beynəlxalq təşkilatların ayırdıqları qrantlar hesabına internet TV-lərdə gecə-gündüz ölkəmizin əleyhinə qarayaxma kampaniyası apararaq onun beynəlxalq imicinə ləkə yaxmaq, respublikamızın daxilində sabitliyi pozmaq, feyk xəbər və məlumatlarla ictimaiyyəti çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar.

Əslində cəmiyyətimiz sağa-sola hədyanlar yağdırmaqla, öz ölkəsi haqqında şər-böhtan dolu donoslar hazırlayaraq ora-bura şikayət etməklə məşğul olan Vidadi İsgəndərli kimi əxlaqsızın tərbiyəsizliyindən, danışıq tərzindən çoxdan iyrənib. Zibilxana təfəkkürlü, mənəviyyatsızlığı ilə tanınan V.İsgəndərlinin sosial şəbəkə seqmentlərindəki iyrənc “moizələri” insanlar tərəfindən ikrahla qarşılanır. Əxlaqi-mənəvi deqradasiyaya uğrayan bu simasızın 1 sentyabr parlament seçkilərində seçicilərin fəallığı və etimadı ilə Mili Məclisə üzv seçilən bəzi deputatlar, eləcə də ayrı- ayrı ictimai-siyasi xadimlər haqqında ağıza alınmaz sözlər, şər, böhtan söyləməsi, ölkədə kütləvi iğtişaşlar törətməyə yönəlik çağırışlar etməsi, necə deyərlər, bütün “qırmızı cizgilər”in keçilməsi deməkdir.

Təbii ki, siyasi mühacir adı ilə maskalanan, özünü cəmiyyətə “ədalət tərəfdarı”, “insan haqları” uğrunda “mübariz” kimi sırımağa cəhd edən bu merkantillərin iç üzü, həqiqi mahiyyəti getdikcə daha çox üzə çıxır. Əslində bu xəyanətkarların ermənilərlə birgə fəaliyyət göstərdikləri ictimaiyyəmizə çoxdan bəllidir. Məhz buna görə də insanlar bu antimilli məxluqlara və onların ölkə daxilindəki “əqidədaşlarına” qarşı çox prinsipial və barışmaz mövqe nümayiş etdirirlər. Necə deyərlər, “Ayırıram buğdanı düyüdən, çürümüş balığı kürüdən, şəxsiyyəti sürüdən”…

Bundan əvvəlki yazılarımızda dəfələrlə qeyd etmişik ki, ermənipərəst dairələrin beş-üç qəpik puluna şirniklənərək, onların qarşısında quyruq bulayaraq antimilli fəaliyyətlərini böyük canfəşanlıqla davam etdirən bu xəyanətkar dəstənin üzvləri ilə bağlı ciddi tədbirlər görülməli, bu marginllar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Bu mənada siyasi ekspert Ceyhun Əhmədlinin və digərlərinin terrorizmi təşviq edən şəxs olaraq V.İsgəndərlinin cəzalandırılması üçün Fransa hökumətinə müraciət etmələri, bu məqsədlə petisiya başlatmaları çox təqdirəlayiq haldır.

Nəhayət, Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edən, dövlətçilik rəmzlərini təhqir edən, terrorçuluğu təşviq edən Vidadi İsgəndərli kimi satqın avantüristlərin sosial şəbəkələrdəki azğınlığının yalnız bir adı var-Vətənə xəyanət! Vətənə xəyanət edənlər xalqın və tarixin nifrəti ilə damğalanırlar. Bu xəyanət heç zaman bağışlanmır, cəzası isə çox ağır olur. Yəqin ki, V.İsgəndərli bir “hüquqşünas” kimi bütün bunları bilməmiş deyil…

Zahid Rza, İki sahil”