22 noyabr 2017 01:39
1127

Yaxşı yuxu üçün qəbul edilməli qidalar

Yuxusuzluq müasir insanın ən çox qarşılaşdığı problemlərdən biridir.

Bu məsələdə əsas günah payı stresin üzərinə düşür. Məhz stress insana dərin yuxuya dalmağa mane olur. Alimlər müəyyən ediblər ki, əgər düzgün qidalansaq, yuxusuzluq probleminin öhdəsindən gələ bilərik. 

"Ölkə.Az" bu gün yuxudan əvvəl qəbul etməli olduğumuz qidaların siyahısını təqdim edir.
"National Geographic  Food" jurnalı bildirir ki, yuxusuzluğa qarşı mübarizə aparmaq üçün ilk növbədə şirniyyat də yağlı qidaları, kofein və spirtli içkiləri azaltmalıyıq.

Hind quşu əti
Hind quşunun əti yağlı olsa da, tərkibində triptofanın miqdarı kifayət qədər yüksəkdir. Bu maddə daha tez və sakit yatmağa kömək edir. Bu yaxınlarda aparılan tədqiqatın nəticələri məlum edib ki, cəmi 85 qram hind quşu əti dərin yuxuya getməyi təmin edir. Təbii ki, söhbət gec yeyilən şam yeməyindən gedir. Hind quşu əti kiçik və buğda bişirilən olmalıdır. Təbii ki, xörək duzundan istifadə etməyin. Çünki duz susuzluğa səbəb olur və yuxunu pozur.

Banan

Bananın tərkibində maqniumun miqadrı çoxdur. "Jurnal of Research and Medical Scienes" jurnalının məlumatına əsasən, yuxusuzluğa qarşı effektiv mübarizə aparır. Amma bananın kalorili qida olduğunu unutmayın. Əgər şam yeməyi əvəzinə banan qəbul etməyə qərar vermisinizsə, bunu yuxudan 1.5-2 saat əvvəl edin.

Tünd şokolad
Alimlər tünd şokoladın insan əhvalına müsbət təsir etdiyini çoxdan aşkar ediblər. Bu səbəbdən yuxudan əvvəl tünd şokolad qəbul etmək yaxşı yuxu görməyə səbəb olur. Amma yuxu ilə bağlı ciddi probleminiz varsa, başqa üsullardan istifadə edin. Çünki kofein yuxunu pozur. Kofein isə təkcə qəhvənin yox, çayın, kolanın və şokoladın tərkibində var.

Kivi
Məlum olub ki, bu meyvə belə məsələlərdə diqqətdən kənarda qalıb. Tədqiqatlar zamanı məlum olub ki, yuxudan 1 saat əvvəl iki kivi yeyən insanlar digərlərinə nisbətən daha tez yuxuya gedirlər (faiz miqdarı 35).

Məsələ burasındadır ki, kivinin tərkibində antioksidant, karotinoid, C və E vitaminlərindən başqa serotonin var. Bu maddə xoşbəxtlik hormonu adı ilə də tanınır və yuxusuzluq riskini azaldır.

Kəsmik
Yuxudan əvvəl yeməkdən imtina etmək sadəcə faydasız yox, eyni zamanda artıq çəkidən qurtulmağa çalışanlar üçün ziyanlıdır. Boş mədə ilə yatağa uzanmaqdansa, bir az kəsmik yemək daha məsləhətlidir. Birincisi, kəsmiyin tərkibində kazein var. Bu maddə gecə aclığından xilas edir. İkincisi, tərkibinə triptofan maddəsi var. Bu maddə isə tez və yaxşı yuxuya getməyə şərait yaradır.