Azərbaycan millisinin üzvü Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" Polşa çempionatında 7-ci tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, komanda "Lexiya"nın qonağı olub və 0:1 hesabı ilə uduzub.
"Lexiya" - "Radomyak" - 1:0
Qol: Mena, 58-pen.
Məmmədov bu oyunda iştirak etməyib və sonadək ehtiyatda qalıb.
"Radomyak" Polşa çempionatında 7 turdan sonra 6 xalla 15-ci pillədə qərarlaşıb.