"Yuventus"un sabiq kapitanı Corcio Kyellini Turin klubuna rəhbər vəzifədə qayıdıb.
“İki sahil” klubun saytına istinadən xəbər verir ki, keçmiş müdafiəçi milli və beynəlxalq futbol qurumları ilə çalışacaq.
Kyellini sentyabrın 16-da institusional futbol əlaqələri rəhbəri kimi fəaliyyətə başlayacaq.
Kyellinin avqustda 40 yaşı tamam olub. O, 2023-cü ildə futbolçu karyerasını başa vurub. Müdafiəçi 2005-2022-ci illərdə "Yuventus"da çıxış edib. Turinlilərin heyətində o, 9 dəfə İtaliya çempionu olub, hərəyə 5 dəfə ölkə kuboku və Superkubokunu qazanıb.