15 sentyabr 2024 16:47
279

Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari” və “Red Bull”un pilotları mübarizəni dayandırıblar

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında iki pilot mübarizəni dayandırıb.

“İki sahil” xəbər verir ki, "Ferrari"nin ispaniyalı pilotu Karlos Sayns və “Red Bull”un meksikalı sürücüsü Serxio Peresin idarə etdiyi bolid təhlükəsizlik maneəsinə çırpılıb. Onların avtomobili trasdan kənarlaşdırılıb.