16 sentyabr 2024 15:23
296

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan Litva və Vyetnama qarşı

Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

“İki sahil” xəbər verir ki, VI turda Azərbaycanın kişilərdən ibarət yığması Litva ilə qarşılaşacaq.

Komandamız buna qədər İordaniya, Finlandiya, Moldova və Monteneqroya qalib gəlib, Hindistana uduzub. Zəka sahiblərimiz 8 xalla 9-cu sırada qərarlaşıblar.

Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb.

AZƏRBAYCAN – LİTVA
Aydın Süleymanlı – Titas Stremavicius
Nicat Abasov – Paulus Pultineviçius
Şəhriyar Məmmədyarov – Valeri Kazakovski
Məhəmməd Muradlı – Tomas Laurusas

Turnir cədvəli: 1. Hindistan, 2. Çin, 3. Vyetnam – hərəyə 10 xal, 9. Azərbaycan – 8.

Qadınlardan ibarət yığma isə Vyetnamla üz-üzə gələcək. Komandamız Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib. 8 xala malik qadın millimiz 11-ci sırada yer alıb.

Kapitanı Mixail Şereşevski olduğu yığma Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.

Vyetnam – AZƏRBAYCAN
Le Thao Nguyen Pham – Günay Məmmədzadə
Ti Kim Pung Wo - Ülviyyə Fətəliyeva
Phuong Luong – Gövhər Beydullayeva
Ngoc Duong Bac – Xanım Balacayeva