18 sentyabr 2024 08:15
289

Macarıstandakı səfirimiz FIDE-nin vitse-prezidentini qəbul edib

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə diplomat sosial şəbəkədə bildirib. “Əziz dostum, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədovun başçılıq etdiyi Azərbaycan şahmat komandasının üzvlərini, o cümlədən gözəl oyunçuları, məşqçilər heyətini və hakimləri səfirlikdə qarşılamaq şərəfinə nail oldum”, – o qeyd edib.