18 sentyabr 2024 10:02
264

"Bavariya" böyük hesabla qələbə qazandığı oyunda rekorda imza atıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsində Zaqreb "Dinamo"sunu 9:2 hesabı ilə məğlub edən Almaniyanın "Bavariya" klubu rekorda imza atıb.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi yarışın əsas mərhələsində bir oyunda ən çox qol vuran komanda ünvanına yiyələnib.

Buna qədər Çempionlar Liqasının əsas mərhələsində ən böyükhesablı qələbəni İngiltərənin "Liverpul" klubu qazanmışdı. Mersisayd təmsilçisi Türkiyənin "Beşiktaş" komandasını 8:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, Vinsent Kompaninin baş məşqçisi olduğu komandanın heyətində Harri Keyn (4), Rafael Gerrero (2), Leroy Sane, Leon Qoretska və Maykl Olise fərqlənib. "Dinamo"nun qollarını isə Bruno Petkoviç və Takuya Oqivara vurub.