Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son qoyuldu. Məhz həmin gün tarixi qələbəmizin başlandığı gündür. Xalqımız inanırdı ki, bu gün gələcək. Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə verilmiş qərar tarixi qələbəmizi şərtləndirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında,ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu.
1994-cü ildə imzalanmış atəşkəs sazişindən keçən 26 il ərzində Azərbaycan Respublikasının rəhbərliyi dəfələrlə problemin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bəyan etmişdi. Lakin bununla yanaşı, əgər danışıqlar prosesi nəticə verməzsə, işğal edilmiş ərazilərin hərb yolu ilə azad ediləcəyi Ermənistan rəhbərliyinin diqqətinə çatdırılmışdı. İşğalçı Ermənistan nəinki BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrini yerinə yetirirdi,əksinə Azərbaycan Respublikasına qarşı təxribatlar törədirdi.2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribata əl atdılar.Nəticədə,hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini,o cümlədən 2 uşaq həlak oldu.44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü,tarixi ədaləti,beynəlxalq hüququ bərpa etdi.Azərbaycanın mədəniyyət paytaxtı,Qarabağın incisi hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra noyabrın 10-da Azərbaycan Prezidenti,Ermənistanın baş naziri və Rusiya Prezidenti hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar.Təcavüzkar Ermənistan ordusu darmadağın edildi.Lakin erməni xifləti yenə də özünü göstərir,üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmək istəməyən mənfur düşmən sərhəd münaqişəsi yaratmaqdan çəkinmirdi.
2023-cü ilin 19 sentyabr tarixində erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər,Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı.Bu təxribatların qarşısının alınması,Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.Azərbaycan Ordusunun qarşısında dura bilməyən düşmən 23 saat 43 dəqiqə ərzində ağ bayraq qaldırmağa məcbur oldu.Antiterror əməliyyatı nəticəsində düşmənin 90-dan artıq döyüş mövqeyi,eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Ordumuzun nəzarətinə keçdi.23 saatda həyata keçirilən antiterror əməliyyatı nəticəsində Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi,seperatçıların əsas rəhbərləri həbs edildi,Azərbaycanın üçrəngli bayrağı Xankəndi,Xocalı,Ağdərə,Xocavənd,Əsgəranda yüksəldildi.
Qəhrəman Azərbaycan Ordusu bir daha düşmənə öz gücünü göstərdi.
Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının General Şıxlınski 56/2 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü