"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Malmö" (İsveç) ölkə çempionatında növbəti oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, XXIII turda "Qais" klubu ilə qarşılaşan şəhərin eyni adlı komandası rəqibi ilə qolsuz bərabərə qalıb.
Hazırda İsveç çempionatında turnir cədvəlinə 50 xalla "Malmö" başçılıq edir.
Qeyd edək ki, "Qarabağ" "Malmö" ilə oktyabrın 3-də Bakıda qarşılaşacaq.