19 sentyabr 2024 07:57
334

Çempionlar Liqası: “Borussiya Dortmund” qələbəyə sevinib

UEFA Çempionlar Liqasının yeni formatda keçirilən əsas mərhələsində ilk turun növbəti oyunları baş tutub.

“İki sahil” xəbər verir ki,  futbol azarkeşləri 6 qarşılaşmaya şahidlik ediblər. Günün ən maraqla gözlənilən görüşü İngiltərədə təşkil olunub. "Mançester Siti” son İtaliya çempionu “İnter”i qəbul edib. Matç qolsuz heç-heçə ilə nəticələnib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

“Bolonya” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 0:0

“Sparta Praqa” (Çexiya) – “Zaltsburq” (Avstriya) - 3:0

“Seltik” (Şotlandiya) – “Slovan” (Slovakiya) - 5:1

“Brügge” (Belçika) – “Borussiya Dortmund” (Almaniya) - 0:3

“Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya) - 0:0

PSJ (Fransa) – “Jirona” (İspaniya) - 1:0

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində birinci turun ilk 6 matçı sentyabrın 17-də keçirilib. İlk tura isə bu gün yekun vurulacaq.