Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli Maqnus Karlseni əsrin ən yaxşı qrossmeysteri kimi tanıyıb.
“İki sahil” xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
1924-cü ildə Parisdə yaradılmış Beynəlxalq Şahmat Federasiyasının 100 illik yubileyi münasibətilə federasiya qala-ziyafəti təşkil edib. Qeyd edək ki, dünya titulu uğrunda görüşlər 1886-cı ildən keçirilir.
Karlsenin 33 yaşı var. O Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlinin lideridir, 2013-cü ildə klassik şahmat üzrə dünya çempionu olub və bu titulu dörd dəfə qoruyub.
2022-ci ildə o, ardıcıl olaraq ikinci dəfə rusiyalı Yan Nepomnyaşşi ilə qarşılaşmalı olduğu dünya şahmat tacı uğrunda görüşdən imtina edib və dünya çempionu titulundan məhrum edilib.