20 sentyabr 2024 09:54
279

Corc İlenikena Kilian Mbappenin rekordunu qırıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsində baş tutan "Monako" - "Barselona" matçında meydan sahiblərinin gənc futbolçusu Corc İlenikena Kilian Mbappenin rekordunu qırıb.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya əsilli oyunçu Fransa klubunun heyətində qol vuran ən gənc futbolçu ünvanını ələ keçirib. Oyun zamanı o, 18 yaş 34 günündə olub. K.Mbappe isə "Monako"nun heyətində bunu 18 yaş 63 günündə reallaşdırıb. O, "Mançester Siti"yə qol vurmuşdu.

Qeyd edək ki, qarşılaşma Fransa komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Barselona" ilə oyun həmçinin C.İlenikenanın "Monako"da debüt matçı olub.