Emin Mahmudov “Neftçi”nin kapitanlığından məhrum olunub.
“İki sahil” xəbər verir ki, klubun baş məşqçisi Roman Qriqorçuk məlumatı təsdiq edib.
O, bu gün “Qarabağ”a qarşı keçirilən Misli Premyer Liqasının 7-ci turunun oyunundan (0:4) sonra təşkil edilən mətbuat konfransında bununla bağlı dünən qərar verdiyini deyib.
Ukraynalı mütəxəssis deyib ki, artıq komandada əsas kapitan Ramil Şeydayevdir. Vitse-kapitan Yuri Matias, üçüncü kapitan isə Robert Bauerdir. “Bu, mənim qərarımdır” - deyə R.Qriqorçuk bildirib.
Qeyd edək ki, bu gün “Qarabağ”la matçda E.Mahmudov sona qədər ehtiyatda qalıb.