21 sentyabr 2024 16:19
273

Mahir Emreli Almaniya çempionatında debüt edib

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Nürnberq”in heyətində Almaniya II Bundesliqasında debüt edib.

“İki sahil” xəbər verir ki,  28 yaşlı hücumçu VI turun “Herta” (Berlin) ilə ev matçının 39-cu dəqiqəsində meydana daxil olub. Forvard zədələnən komanda yoldaşı Benjamin Qolleri əvəzləyib.

Hazırda oyunda fasilədir. İlk hissədən sonra qonaq komanda hesabda öndədir - 1:0.