22 sentyabr 2024 00:46
305

Güləşçilərimiz Minskdə 8 medal medal qazanıb

Azərbaycan güləşçilər Belarusun paytaxtı Minskdə keçirilən sərbəst güləş üzrə Aleksandr Medved turnirində 8 medal qazanıb.

“İki sahil” xəbər verir ki,  Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Orxan Abasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc, medal əldə edib.

Qeyd edək ki, komanda ənənəvi yarışda baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında mübarizə aparıb.