23 sentyabr 2024 08:02
267

"Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i yenib

İtaliya A Seriyasının 5-ci turunda "İnter" və "Milan" arasında oyun baş tutub.

“İki sahil” xəbər verir ki, komandalar İtaliyanın Milan şəhərində “San Siro” (Cüzeppe Meazza) stadionunda qarşılaşıblar. Görüşü Mauritsio Marianinin (Roma) başçılıq etdiyi hakim briqadası idarə edib. "Milan" 2:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, "Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i yenib.

Belə ki, 10-cu dəqiqədə "Milan"ın hücumçusu Kristian Pulişiç fərqlənib. 28-ci dəqiqədə "İnter"in müdafiəçisi Federico Dimarko Lautaro Martinesin ötürməsindən sonra hesabı bərabərləşdirib. 89-cu dəqiqədə "Milan"ın müdafiəçisi Matteo Qabbia Teyani Reyndersin ötürməsindən sonra topu tora göndərib.

Bu qələbədən sonra "Milan" səkkiz xal toplayaraq A Seriyasının turnir cədvəlində altıncı yerdə qərarlaşıb. "İnter"in də aktivində səkkiz xal var və yeddinci yerdədir.