23 sentyabr 2024 12:15
294

Mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərir

Qarabağ Azərbaycanın 30 ilə yaxın bir müddətdə yaşadığı ən ağrılı, acılı problemi olmuşdur. Azərbaycanın məsələyə həmişə dözüm və səbrlə yanaşması düşməndə fərqli düşünmələrə, hərisliyə yol açdı. 2020-ci ildə baş tutmuş 44 günlük Vətən müharbəsi, 19 sentyabr 2023-cü ildə bir gündən az müddətdə keçirilən antiterror əməliyyatı hər kəsə sübut etdi ki, lazım gəldikdə Azərbaycan dövləti xalqın birliyi, Ordusunun gücü sayəsində məsələnin həllinə qadirdir.

İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə biməz. Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir.

Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il noyabrın 28-də  “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində  Universitetdə müasir infrastrukturu yaradılmışdır. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev 20 sentyabr 2024-cü il tarixində Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra acılışında iştirak etmişdir. Cənab Prezident İlham Əliyev çıxışında bildirmişdir: “Bura bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur, dünyada da bunu bilirlər ki, Xankəndi şəhəri qədim   Azərbaycan yaşayış yeri olubdur, onun adı onu göstərir – Xanın kəndi. Sadəcə olaraq, yenə də Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da ümumiyyətlə, yox idi. Çünki XIX əsrin əvvəlində bağlanmış üç müqavilə - “Kürəkçay” , “Gülüstan” , “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç  vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buradan köçürülmüşdür  və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.”

Məhəmməd Babayev,
Humanitar fənlər təmayüllü məktəb-liseyin laborantı,
YAP Xətai rayon təşkilatının fəalı