23 sentyabr 2024 14:44
274

Miroslav Kloze: Mahir Emreli topla çox yaxşı işləyirdi

O, topla çox yaxşı işləyirdi.

“İki sahil” xəbər verir ki, bunu Almaniyanın “Nürnberq” komandasının baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin II Bundesliqa təmsilçisində debütü barədə danışarkən deyib.

Mütəxəssis 27 yaşlı hücumçunun fizikası üzərində işləməli olduğunu bildirib. O, forvardın meydanda olduğu müddətdə yaxşı təsir bağışladığını söyləyib.

Qeyd edək ki, Mahir Emreli VI turda "Herta"ya 0:2 hesabı ilə uduzduqları matçın 39-cu dəqiqəsində meydana daxil olub.