24 sentyabr 2024 10:14
286

"Partizan"ın baş məşqçisi hücuma məruz qalıb

Serbiyanın "Partizan" klubunun baş məşqçisi Aleksandar Stanoyeviç hücuma məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli "Teleqraf.rs" nəşri məlumat yayıb. Azarkeşlər "Srvena Zvezda"ya 0:4 hesabı ilə uduzduğu IX turun matçından sonra komandanın paltardəyişmə otağına əşyalar atıblar. Stanoyeviç xəsarət alıb. Onun qaşının üstündə və burnunda sıyrıq var.

Qeyd edək ki, qarşılaşmadan əvvəl bir qrup naməlum şəxs "Partizan"ın stadionunu yandıraraq sındırılmış şüşələri meydana səpələyib.