24 sentyabr 2024 10:22
275

“Benfika”da növbəti türk fırtınası

Portuqaliya Premyer Liqasında 6-cı tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, turun son oyununda “Benfika” “Boavişta”nın qonağı olub. Görüş Lissabon təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə millisinin “Benfika”da oynayan iki futbolçusu - Kerem Aktürkoğlu və Orkun Kökçü bu görüşdə uğurlu oyunları ilə yadda qalıb. Kerem ilk 2 qolun ötürməsini edib, Kökçü isə 2-ci qolun (31-ci dəq.) müəllifi olub. Digər 2 qolu Pavilidis (11) və Kabral (90+1) vurublar.

Bununla Premyer Liqada xalını 13-ə yüksəldən "Benfika” turnir cədvəlində 3-cü yeri tutur.

Qeyd edək ki, Aktürkoğlu yeni transfer olunduğu “Benfika”da bütün turnirlərdə keçirdiyi 3 matçda 2 qol vurub və 2 qolun ötürməsini edib. Kökçü isə 7 oyunda 3 qolun və 3 qol ötürməsinin müəllifi olub.