24 sentyabr 2024 15:19
298

Azərbaycanlı FIFA referisi UEFA Gənclər Liqasının oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb.

“İki sahil” xəbər verir ki, o, II turda keçiriləcək “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq.

Referiyə Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.

Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.