24 sentyabr 2024 16:09
311

Azərbaycan Premyer Liqasında çıxış edən beş klub cərimələnib

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən beş klubu cərimələyib.

"İki sahil" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Araz-Naxçıvan" 700 manat ödəməli olacaq.

Buna Naxçıvan təmsilçisinin 5 üzvünün VII turda "Turan Tovuz"a qalib gəldikləri (2:1) matçda sarı vərəqə ilə cəzalandırılmaları səbəb olub.

Tovuz təmsilçisinə isə meydana kənar əşyalar atıldığına görə 800 manat cərimə tətbiq edilib.

"Səbail" klubu da 700 manat ziyana düşüb. "Dənizçilər"in 7 oyunçusu "Sabah"a uduzduqları (2:4) görüşdə sarı vərəqə alıb. Meydan sahiblərinə xəbərdarlıq da edilib. Buna azarkeşlər tərəfindən qonaq komandanın və hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirilməsi səbəb olub.

"Sabah" 4 futbolçusu sarı vərəqə gördüyü üçün eyni məbləği ödəyəcək.

"Sumqayıt" isə "Zirə"yə yenildikləri (0:2) oyunda əsasnamənin tələblərini pozduğu üçün 500 manat ziyana düşüb.