25 sentyabr 2024 08:02
298

UEFA 2027-ci ildə Milanda keçiriləcək Çempionlar Liqasının finalını ləğv edib

UEFA 2027-ci ildə Milanda keçiriləcək Çempionlar Liqasının finalını ləğv edib.

“İki sahil” xəbər verir ki,  buna səbəb final matçının “San-Siro” kimi məşhurlaşan Milandakı “Giuseppe Meazza” stadionunda keçirilməsinə heç bir zəmanətin verilməməsi göstərilib. Belə ki, “Milan” və “İnter” klubları arasında aparılan danışıqlar stadionunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradıb. Milan bələdiyyəsi 2027-ci ildə Çempionlar Liqasının finalı zamanı “San-Siro” stadionunun və ətrafının təmir işlərinin təsirinə məruz qalmayacağına zəmanət verə bilməyib. Bu da UEFA-nın 2027-ci ildə Milanda keçiriləcək Çempionlar Liqasının finalını ləğv etməsi ilə nəticələnib. Final matçının hansı şəhərdə keçiriləcəyi ilə bağlı qərar 2025-ci ilin mayında veriləcək.

Qeyd edək ki, Milan şəhərinin iki futbol klubu - “Milan” və “İnter” ev oyunları və digər turnirlər üzrə matçlarını “San-Siro” stadionunda keçirir.