25 sentyabr 2024 12:17
273

Rafael Varan karyerasını başa vurdu

Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki,  31 yaşlı müdafiəçi bu barədə rəsmi instaqram hesabında bildirib.

İtaliyanın "Komo" klubuna məxsus olan təcrübəli oyunçu zədə səbəbindən bu addımı atıb. O, oynaya bilməsə də, A Seriyası təmsilçisində işləyəcəyini vurğulayıb.

Qeyd edək ki, Rafael Varan İspaniyada "Real", İngiltərədə "Mançester Yunayted" kimi komandaların formasını geyinib. O, Fransa millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.