Azərbaycanın Böyük Britaniyadakı səfiri Elvin Süleymanov "Qarabağ"ın İngiltərədə "Tottenhem"ə qarşı keçirəcəyi UEFA Avropa Liqası matçını tribunadan izləyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Londondakı qarşılaşmada komandanı 1000-ə yaxın azərbaycanlı azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, bu gün "Tottenhem Hotspur" stadionunda təşkil ediləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.