26 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əlaqələrin yüksələn xətt ilə inkişafından məmnunluq ifadə olunub.
Söhbət zamanı ölkələrimiz arasında enerji sektorunda əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib, həmçinin Pakistana maye təbii qaz (LNG) təchizatının davam etdirilməsinə, SOCAR-ın Pakistanda həyata keçirilən layihələrdə iştirakı imkanlarına dair məsələlər müzakirə edilib.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR