İŞİD terror təşkilatının üzvləri Əfqanıstanın paytaxtı Kabildə restoranların birində terror aktı törədib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 18 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərin 8-i polis işçisidir.
Partlayış zamanı həmin ərazidə Əfqanıstan Prezidenti Əşrəf Qəninin keçmiş müşaviri Ziya Məsudun iştirakı ilə Tacikistan İslam Partiyasının üzvlərinin görüşü keçirilirmiş.