16 noyabr 2017 22:31
849

Türkiyə ordusunun iki hərbçisi şəhid olub

İraqın şimal bölgəsində antiterror əməliyyatlarında iştirak edən Türkiyə Silahlı Qüvvələrinin iki əsgəri şəhid olub.

AZƏRTAC Türkiyənin rəsmi mənbələrinə istinadla xəbər verir ki, İraqın Avaşin-Basyan bölgəsində terrorçularla baş verən atışmada daha bir əsgər ağır yaralanıb.