09 oktyabr 2024 15:22
328

Ordumuz böyük peşəkarlıq və qəhrəmanlıq göstərərək...

Azərbaycanın ərazi bütövlüyünü  Qəhrəman Ordumuz bərpa edərək tarixə öz imsasını atdı.

Qalib imzanın tarixi 18 iyun 2010-cu il tarixindən gənclərin örnək götürdüyü gizir Mübariz İbrahimovla başladı. 5 saatlıq təkbətək döyüşü ilə düşmənə elə zərbə vurdu ki,bu əfsanəvi döyüşçü haqqında çox əsərlər yazılacaq. Böyük zəfərin başlanğıcı-Aprel döyüşləri.2016-ci il 1-5 aprel döyüşləri Azərbaycan və erməni qonşularının ən böyük qarşıdurması idi. Silahlı Qüvvələrimiz tərəfindən  Fizuli,Cəbrayıl və Tərtər rayonlarının işğal altında olan müəyyən ərazisi azad edildi.Cocuq Mərcanlı və Füzuli rayonunun İranla sərhəd ərazilərinin təhlükəsizliyi təmin edildi. Müharibənin bir addımlığında-Tovuz döyüşlərini 2020-ci ilin iyulunu-General-mayor Polad Həşimovu necə xatırlamayasan.

Gənclərin qeyri-adi qəhrəmanı Polad Həşimov ordumuzu addım-addım Qələbəyə yaxınlaşdırırdı.’’44 günlük’’ müharibə 27 sentyabr yüzlərlə vətənpərvər gənci könüllü olaraq ayağa qaldırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevın əmri xalqımızı yumruq kimi birləşdirdi.

Eyni gündə Azərbaycan Ordusu ‘’Dəmir Yumruq’’əməliyyatına başlamışdır.Beləliklə,Vətənin bütün vətəndaşları millətindən aslı olmayaraq ‘’Hər şey Vətən üçün’’ deyərək birləşdi və hər kəs öz köməyini əsirgəmədi. 4 oktyabr 2020-ci il tarixi anlar Cənab Prezidentimizin fəxrlə həyəcan dolu çıxışı.Hər kəs,televizor qarşısında müjdəli xəbərlər gözləyir.Ali Baş Komandan elan edir:Cəbrayıl şəhəri azaddır! Digər kəndlər Şükürbəyli,Maraylan,Mahmudlu,Cəfərabad və s. Vətən torpağı Müzəffər Ordumuz tərəfindən düşmən tapdağından təmizlənmişdir.

Paytaxtımızın küçələrində insanların hədsiz sevinci,bayraq sevgisi,musiqi sədaları, ‘’Mən qaçqın deyiləm’’ sədaları eşidilirdi.Bütün bunlar Silahlı Qüvvələrimizi ‘’Böyük Zəfərə’’ aparırdı.Ordumuz düşmənin istehkam sədlərini,darmadağın edirdi və qanları,canları bahasına digər ərazilər azad edilirdi.

Başda Ali Baş Komandan və peşəkar Azərbaycan ordusu Vətən Müharibəsində Zəfər qazandı. Otuz ilə yaxın bir işğala son qoyuldu. Artıq Vətən Müharibəsindən dörd il ötüb.

Böyük Qayıdış’ davam edir. Cəbrayıllılar öz doğma torpaqlarına geri dönürlər. Ordumuz güclənir, Qarabağ yenidən qurulur.C ənab Prezidentimizin qətiyyətli çıxışları, güclü siyasəti, iradəsi, müzəffər rəşadəti bir daha sübut etti ki, Qarabağın əsl sahibi kimdir.

Cənab İlham Əliyevin qürurverici çıxışında dediyi kimi ‘’Yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq!’’

Tünzalə Rzayeva,
249 nömrəli məktəbin müəllimi