Avropa nəhəngləri "Bavariya", "Arsenal" və "İnter"in şərəfini qorumuş, Almaniya millisinin üzvü olmuş Lukas Podolski futbolla vidalaşıb.
“İki sahil” xəbər verir ki, 39 yaşlı alman futbolçu karyerasını “Köln”lə “Qornik Zabrze” arasında keçirilən xüsusi matçda başa vurub.
Əvvəlcə futbola başladığı "Köln", daha sonra isə sonuncu komandası olan “Qornik Zabrze”nin formaları ilə son dəfə oyuna çıxan Podolski matçdan sonra duyğulu anlar yaşayıb. O, göz yaşlarına hakim ola bilməyib.
Podolski futbola "Köln"də başlayıb.
Türkiyə Super Liqa təmsilçilərindən "Qalatasaray" və "Antalyaspor"da da çıxış edib.
Lukas karyerası ərzində 1 dünya kuboku da daxil olmaqla ümumilikdə 12 kubok qazanıb.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək