SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2024/2025-ci tədris ilində BANM-ə qəbul olunmuş və Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.
BANM-dən "İki sahil"ə bildirilib ki, rektor 33 tələbənin hər biri ilə qürur duyduğunu deyib, onların gələcək akademik və peşəkar karyeralarında uğurlar arzulayıb.
Qeyd olunub ki, BANM Prezident təqaüdçülərinin sayına görə bu il də birincidir. Təqaüdçülərin üçdə birini ali məktəbin tələbələri təşkil edir. Rektor Bakı Ali Neft Məktəbinin 5-ci dəfədir ki, Prezident təqaüdçülərinin sayına görə ölkənin ali təhsil müəssisələri arasında lider olduğunu vurğulayaraq bununla fəxr etdiyini bildirib.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR