Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin Elm və Texnoloji Tədqiqatlar Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqatlar Mərkəzini (BİLGEM) prezidenti Ali Görçin Bakı Ali Neft Məktəbində (BANM) olub.
“İki sahil” xəbər verir ki, rektor Elmar Qasımov qonağa Bakı Ali Neft Məktəbində yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. Eləcə də TÜBİTAK ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu cür tərəfdaşlığın tələbələrin və məzunların professional inkişafına müsbət təsir etdiyini diqqətə çatdırıb.
Sonra Ali Görçin BİLGEM-in tarixi, fəaliyyəti və strateji istiqamətləri barədə ətraflı məlumat verib. Tələbələrə öz təcrübələrini bölüşən Görçin, karyera inkişafı üçün bir neçə tövsiyə verib. Tələbələrin yay istehsalat təcrübələrini şirkətin müxtəlif müəssisələrində keçmək imkanları və süni intellektin gələcəkdə mühəndislik sahəsindəki təsirləri müzakirə edilib.
Görüş sual-cavab formatında davam etdirilib.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR