Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III tur oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
“İki sahil” xəbər verir ki, baş hakim FIFA referisi Nikolas Uolş olacaq.
Ona Graeme Stewart və Calum Spence köməklik göstərəcək. Dörtdüncü hakim funksiyasını Christopher Graham yerinə yetirəcək. VAR-da Kevin Clancy, AVAR-da John Beaton əyləşəcəklər.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.