22 oktyabr 2024 12:33
77

BRİKS çərçivəsində əməkdaşlıq dollara qarşı yönəlməyib - AÇIQLAMA

BRİKS çərçivəsində əməkdaşlıq dollar və digər valyutalara qarşı yönəlməyib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib

“BRICS çərçivəsində əməkdaşlıq heç kimə və heç nəyə qarşı yönəlməyib: nə dollara, nə də digər valyutalara qarşı”, – deyə, Peskov bildirib.

O qeyd edib ki, BRİKS-in məqsədi assosiasiyaya üzv ölkələrin maraqlarını təmin etməkdir.

Bundan əvvəl “The New York Times” qəzeti BRİKS üzvlərinin dollardan asılılığın azalması səbəbindən sanksiyalara qarşı immunitetə ​​malik olacağına dair məqalə dərc etmişdi.