22 oktyabr 2024 14:57
85

Xabi Avropa nəhənglərindən birinə rəhbərlik edə bilər

"Bayer"in baş məşqçisi Xabi Alonsonun gələn yay klubu tərk etmək ehtimalı yüksəkdir.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb. 

Xabi ilə "Real" və "Mançester Siti" yaxından maraqlanır. "Bayer" isə ispaniyalı mürəxəssisin yerinə 2 məşqçini nəzərdən keçirir. Bunlar Sandro Vaqner (Almaniya millisinin köməkçi məşqçisi) və Sebastyan Hönesdir ("Ştutqart")

Bu mövsüm "Bayer" 7 oyundan 14 xal toplayıb və Almaniya çempionatının cədvəlində 4-cü pillədə qərarlaşır.

Xatırladaq ki, Xabi Alonso 2022-ci ildən “Bayer”ə rəhbərlik edir. Ötən mövsüm komanda mütəxəssisin rəhbərliyi altında  Bundesliqanın qalibi olub.