22 oktyabr 2024 15:40
64

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

Bakının Zığ dairəsi-Hava Limanı yolunda yağışlı hava şəraiti ilə əlaqədar olaraq bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd edək ki, oktyabrın 21-də Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.