22 oktyabr 2024 18:00
236

Azərbaycan ağırlıqqaldıranları Polşada Avropa birinciliyində iştirak edəcəklər

Azərbaycan ağırlıqqaldıranları Polşanın Raşin şəhərində keçiriləcək gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində iştirak edəcəklər.

“İki sahil” xəbər verir ki, yarışda ölkəmizi 10 kişi və 1 qadın atlet təmsil edəcək.

Kişilərin yarışında Elşən Məmmədov (61 kq), Qasım İsmayılov (67 kq), Tehran Məmmədov (67 kq), Fuad Həsənov (67 kq), Mahmud Qədirov (73 kq), Ravin Alməmmədov (81 kq), Fuqan Əliyev, (81 kq), Ömər Cavadov (81 kq), Nurlan Məmmədzadə (89 kq) və Əli Şükürlü (109 kq) mübarizə aparacaqlar.
Qadınların mübarizəsində isə Rahilə Hüseynzadə (81 kq) "körpücük" üzərinə çıxacaq.

Qeyd edək ki, oktyabrın 24-də start götürəcək birincilik noyabrın 4-də başa çatacaq.