22 oktyabr 2024 17:35
80

Rusiya sanksiyalara görə ŞƏT-in büdcəsinə üzvlük haqlarını ödəməkdə çətinlik çəkir

Rusiya prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzrə xüsusi nümayəndəsi Bəxtiyor Hakimov bildirib ki, Rusiya Federasiyası üzvlük haqlarının təşkilatın büdcəsinə köçürülməsində ciddi çətinliklərlə üzləşir.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki,  onun sözlərinə görə, söhbət Qərbin sanksiyalarından gedir və Şanxay Əməkdaşlıq Təşkilatının sənədləri köçürmələri dollarla etmək öhdəliyi qoyub.

“Bu sirr deyil, amma biz, məsələn, Rusiya tərəfini nəzərdə tuturam, öz üzvlük haqqımızı ŞƏT-in ümumi büdcəsinə köçürmək baxımından ciddi çətinliklərlə üzləşirik, çünki bank Çində yerləşir və əsas sənədlərə əsasən, bu, yalnız ABŞ dolları ilə həyata keçirilir”, - deyə Hakimov ŞƏT ölkələrinin hökumət başçılarının Pakistanda keçirilən görüşündən sonra bildirib.

O əlavə edib ki, hazırda ŞƏT milli valyutalarda qarşılıqlı ödənişlərə keçid imkanlarını müzakirə edir.