SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyində "Narkomaniyaya yox deyək!" adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, "Azəriqaz” İB Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi Birlik əməkdaşlarının narkomaniya və psixotrop maddələrlə mübarizə mövzusunda maarifləndirilməsindən ibarət olub.
Çıxış edənlər - "Azəriqaz” İB Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov və digərləri narkotik vasitələrin insan sağlamlığına və həyatına vurduğu ziyandan, narkomaniya ilə mübarizədən söz açıblar. Məlumat üçün bildirək ki, sözügedən deviz altında görüşlər yalnız Birliyin İdarəetmə aparatında deyil, silsilə şəkildə Regional qaz istismarı İdarələrində də təşkil olunur.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR