23 oktyabr 2024 14:14
97

YAP Nizami rayon təşkilatında "Teknofest 2024"ün qalibi ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında bu ilin oktyabr ayında Türkiyə Respublikasının Adana şəhərində keçirilmiş "Teknofest 2024" yarışının qaliblərindən olan 272 saylı orta məktəbin şagirdi Jalə Muradlı ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Jalə Muradlını uğur qazanması münasibətilə təbrik edib, texnoloji inkişafın ölkəmizin və cəmiyyətimizin gələcəyi üçün əhəmiyyətindən danışıb.

Sonra Türkiyə Respublikasında keçirilmiş "Texnofest 2024" festivalında ölkəmizi layiqincə təmsil etdiyi və qalib olduğu üçün Jalə Muradlıya YAP Nizami rayon təşkilatının Təşəkkürnaməsi və xatirə hədiyyəsi ilə təqdim olunub.

Jalə Muradlı və valideyni Pərviz Muradlı isə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, 15 yaşlı Jalə Muradlının yer aldığı komanda "Psixologiyada texnoloji uyğulamalar" kateqoriyasi üzrə birinci olub. Qaliblərə mükafatları Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.